Təbrizdən Azərbaycana növbəti dəstək Güney Azərbaycan

Təbrizdən Azərbaycana növbəti dəstək

İran parlamenti seçkiləriniun ikinci turuna Təbrizdən olan namzədlər Dağlıq Qarabağ məsələsində Azərbaycan Respublikasının haqlı mövqeyini dəstəkləyiblər.
Güney Azərbaycan əhalisi Dağlıq Qarabağda toqquşmalar kəskinləşdikdən sonra, Azərbaycan Respublikasının dövləti və onun doğma millətinə müxtəlif formalarda dəstək verməyə çalışır. Bir çox soydaşımız hətta savaşa qoşulmaq üçün cəbhə xəttinə getməyi də təklif edib.
İran parlamenti seçkiləriniun ikinci turuna Təbrizdən olan namzədlər isə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduqlarını xüsusi vurğulayıblar. Mirəli Əsgər Musəvi, Abbas Abbaszadə, Şəhabəddin Bimiqdar və Xanım Zəhra Sai birgə Bəyanat yayaraq Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətini qınayıb və Azərbaycan xalqına dəstək nümayiş etdiriblər. "Biz Azərbaycan millətinin öz torpaqları üzərində hamkimiyyətinin bərpa olunmasını dəstəkləyirik"- deyə Bəyanatda qeyd olunub.
Bundan öncə isə Urmudan İran parlamenti seçkilərinin ikinci turuna namzəd Seyid Hadi Bəhadori, digər namzəd Ruhulla Həzrətpur, Urmunun millət vəkili Nadir Qazipur və digər azərbaycanlı məsullar oxşar bəyanatlar verərək Azərbaycan Respublikasına öz dəstəklərini nümayiş etdiriblər.
Ərdəbildə də isə xalq küçələrə çıxaraq, müxtəlif yerlərdə Azərbaycan dövlətini və ordusunu dəstəkləyən şüarlar yazıb və parçalar asıblar. Ərdəbildə azərbaycanlılar "Qarabağ islam yurdudur", "Qarabağ Azərbaycanındır" kimi şüarları divarlara yazıb və şəhərin müxtəlif yerlərində plakatlar asıblar.