“Traxtur”, “Səba” komandasını ayaqladı Güney Azərbaycan

“Traxtur”, “Səba” komandasını ayaqladı

Bazar günü yerli vaxtla saat 18:00-da Təbrizin səhənd stadionunda bu şəhərin "Traxtur" futbol takımı ilə Qum şəhərinin "Səba" komandası arasında başlayan futbol müsabiqəsi "Traxtur"un kəskin qələbəsi ilə nəticələnib.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 5-ci həftəsində keçirilən müsabiqədə "Traxtur" tərəfdarları olduqca həyəcanlı anlar yaşayıblar.
"Səba" tərəfindən Əhməd Həsənzadə 16, Əyyub Kəlantəri 41 və "Traxtur" tərəfindən Edinyo 43, Möhsün Dəlir 49, Edinyo 71 və Məhəmməd İran Puryan) 94-cü dəqiqələrdə qol vurublar.
Bununlada "Traxtur-Səba" müsabiqəsi (4 – 2) hesabı ilə milli komandamız "Traxtur"un xeyirinə yekunlaşıb.
Bazar günü Təbrizin daha bir takımı "Qostəreşe fulad" Məscid-i Süleymanda "Neft" takımı ilə qarşılaşıb. Bu müsabiqə bərabər hesabla sonlanıb. Neft tərəfindən Hamid Mahmudi 53 və "Qostəreşe fulad" tərəfindən Milad Cahani 81-ci dəqiqələrdə qol vurublar.
Bununlada "Qostəreşe fulad-Neft" müsabiqəsi (1 – 1) bərabər hesabla sona çatıb.