Təbriz əhalisinin yarısı şəhərin haşiyə məntəqələrində yaşayır Güney Azərbaycan

Təbriz əhalisinin yarısı şəhərin haşiyə məntəqələrində yaşayır

Təbriz əhalisinin yarısı şəhərin haşiyə məntəqələrində yaşayır. Bu barədə Təbrizin Şəhər Şurasının üzvü danışıb.
Doktor Fridun Babayi Əqdəm Dünya Şəhərsalma Günü mərasimində deyib ki, "Təbriz əhalisinin üçdə biri şəhərin haşiyə (kənar), köhnə və yararsız yaşayış məntəqələrində yaşayır. Və bu cəhətdən Təbriz ölkənin böyük şəhərləri arasında ən çox problemi olan şəhərdir. Belə bir problemi aradan qaldırmaq üçün səlahiyyətləri orqanların daha çox diqqət yetirməsinə zərurət yaranır."
Şura üzvü Təbriz şəhərinin bir sıra məsələləri ilə əlaqədar Şəhər Şurasının mütəxxəssisləri, universitetlər və Təbriz Bələdiyyəsinin (Şəhrdari) birgə oturum və tədbir keçirmələrini təklif edib.
Dünya Şəhərsalma Günü münasibəti ilə cümə günü keçirilən mərasimdə Yol və Şəhərsalma nazirinin müavini, Təbrizin Bələdiyyə başqanı, İslami Şəhər Şurasının bir neçə üzvü, ekspertlər (karşünaslar) və Şəhərsalma üzrə öyrəncilər işrirak ediblər.