Sulduzda tapılan iki mağara qeydiyyata alınıb Güney Azərbaycan

Sulduzda tapılan iki mağara qeydiyyata alınıb

Güney Azərbaycanın müxtəlif bölgələri turizm sənayesi üçün böyük potensiala malikdir

Sulduz şəhərinin ətraf mühit mühafizə idarəsinin rəisi bu şəhərə bağlı olan kəndlərdə iki mağaranın kəşf olunması və onların siyahıya alınması ilə bağlı məlumat verib.
Fəramərz Səfəri "İrna" xəbər agentliyinin müxbirinə bildirib ki, "mağaralar Qərbi Azərbaycan ətraf mühit mühafizə idarəsinin heyəti, bu idarənin çevrə gözətçiləri və dağçı qrupun birgə fəaliyyəti nəticəsində tapılıb."
Ətraf mühit mühafizə idarəsinin rəisi əlavə edib ki, "mağaraların araşdırılması insanların ilk iqamətgahı olduğuna görə xüsusi əhəmiyyət daşıyır."
F.Səfəri sözlərinin sonunda yeni mağaraların tapılması və lazımi sərmayənin cəlb olunması ilə bölgənin turizm sahəsində yeni imkanlar yaranacağına ümid etdiyini bildirib.