Hamı Moskvaya tövbə üçün gedir Dünya

Hamı Moskvaya tövbə üçün gedir

Putin Avropanın demokratik dəyərlərini zəiflətmək niyyətindədir

Cavid

Corc Buş administrasiyasında, müdafiə nazirinin köməkçisinin müavini Ced Bebbin "The Washington Times" nəşrində belə bir qeyd edib: "Son həftələrdə ABŞ nümayəndələri eləcə də Ərəb ölkələrinin rəhbərləri, demək olar ki, gizli şəkildə Moskavya səfər edərək Suriyadakı vətəndaş müharibəsinin dayandırılması ilə bağlı təşəbbüs irəli sürüblər". Prezidnet Obamanın tövsiyələrini eşitmək üçün heç kim Vaşinqtona gəlməyib. Bebbin bildirib ki, ABŞ və Ərəb ölkələrinin nümayəndələri Moskvaya tövbə etməyə gediblər. O, bu prosesi orta əsrlərdəki günahkarların Feodaldan, rəhm almaq üçün müraciətinə oxşadıb. Müəllif hesab edir ki, Suriya müharibəsi, eləcə də qaçqınların Avropaya axışmasının iki səbəbi var. Birincisi ABŞ-ın bu ərazilərdəki təzyiqinin azalması fonunda Putin və Əyatulla Əli Xameneinin artan hörmətidir. Onların bu ərazidə nüfuzu o qədər artıb ki, müharibənin taleyi də məhz bu rəhbərlərdən asılıdır. İkincisi isə Aİ-nın insan axınını nizmalamaq imkanına malik olmamasıdır. Keçmiş məmur hesab edir ki, Putinin Avropaya bu sahədə köməklik etmək niyyəti yoxdur. O Suriyadakı Əsəd rejimini müdafiə etməklə Avropanın demokratik dəyərlərini zəiflətmək niyyətindədir. Məqalədə qeyd olunub: "Suriyadakı vəziyyətlə bağlı ABŞ-ın fəaliyyətsizliyi, ona gətirib ki, Ərəb dövlətləri artıq bu ölkəni stabillik yaratmağa cəhd edən qüvvə kimi görmürlər. Onlar artıq Putinli Rusiyanın (eləcədə Çinin) bu zonanı öz nəzarətində saxlamaq baxımından ABŞ-ı əvəz etməsi ilə barışıblar. Ərəblər sadəcə bir şeyi başa düşməyiblər ki, Rusiyanın əsas məqsədi Yaxın Şərqdə qeyri müəyyənlik yaratmaqdır. Onun Əsəd rejiminə dətsək olmasında da niyyət budur. " Suriya ətrafındakı hadisələrlə bağlı Diplomatik danışıqlar zamanı Rusiyaya səfər edənlər arasında BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zaid və Səudiyyə Ərəbistanının Müdafiə və Xarici işlər naziri şahzadə Salman və Adel al-Cubeyra da olub.
O, eyni zamanda, ABŞ dövlət katibi Con Kerri və Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun görüşü haqda da öz qeydlərini edib. ABŞ hökümətinin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Maykl Retni də Suriyadakı vəziyyətin nizamlanması baxımından müəyyən danışıqlara gedib. O əvvəlcə tərəflər arasındakı münaqişənin yoluna qoyulması və bu proseslərdə Suriyalıların siyası marağının nəzərə alınması prizmasından çıxış edib. Müəllif hesab edir ki, Obamanın Yaxın Şərqi nəzarətindən buraxmasının bir səbəbi var, Onun fikrincə güclü İran dövləti ərazidə stabilliyi bərpa edəcək. Bebbinin fikrincə, Obamanın İranla razılığa gəldiyi nüvə proqramının kökündə də məhz bu problemin həlli yolu durur. Nəticədə Suriyadakı vətəndaş müharibəsinin çıxış yolu, Moskva və Tehranda həll olunmamış olmayacaq.