Ankaradan ABŞ-a xəbərdarlıq Dünya

Ankaradan ABŞ-a xəbərdarlıq

"ABŞ Konqresindəki qeyri-konstruktiv təşəbbüslər ikitərəfli əlaqələrə ziyan vura bilər"

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ Senatının Xarici Əlaqələr Komitəsində uydurma "erməni soyqırımı" ilə bağlı qəbul olunan qətnaməyə münasibət bildirib.
APA-nın xəbərinə görə, Türkiyə XİN-in bəyanatında bildirilir ki, Senat komitəsi tələskənliklə və qeyri-peşəkarlıqla hazırlanmış qeyri-ciddi qərar layihəsini qəbul etməklə öz səlahiyyətləri və cavabdeh olduğu sahə ilə ziddiyyət təşkil edən bir addım atıb: "Tarixi təhrif edən bu siyasi məqsədli addımı rədd edir, qeyri-hüquqi və qərəzli təşəbbüsə müəlliflik edənləri qınayırıq. İnsanlığa böyük acılar yaşadan Birinci Dünya Müharibəsi sırasında cərəyan edən faciəvi 1915-ci il hadisələrinə dair ədalətli bir hafizəyə bu ortaq tarixin sahibləri olan türklər və ermənilər tərəfindən birgə dialoq və empatiya yolu ilə necə nail oluna biləcəyi hərtərəfli araşdırılmaqdadır. Türkiyə-Ermənistan protokollarında da əksini tapmış, tarixçilərdən ibarət birgə komissiyanın qurulması təklifimiz bu çərçivədə hələ gündəmdədir. Önümüzdəki dönəmdə ABŞ Konqresinin bu cür qeyri-konstruktiv təşəbbüslərlə ABŞ-Türkiyə əlaqələrinə zərər vermək yerinə, mövcud konyukturda hər zamankından daha çox önəm kəsb edən müttəfiqlik və ortaqlığımızı möhkəmləndirməyə yönəlmiş cəhdlər göstərməsi, bənzər qərar layihələrinin qanunvericilik planında irəliyə aparılmaması önəm daşıyır".