Trampın iqtisadi planları qarşısında dayanan beynəlxalq əngəllər Dünya

Trampın iqtisadi planları qarşısında dayanan beynəlxalq əngəllər

İrəlidə elan etdiyi iqtisadi proqramını həyata keçirmək üçün, ABŞ-ın yeni prezidenti Donlad Trampın qarşısında öz ölkəsi daxilində nisbətən sərbəst bir yol var. Çünki Konqresin hər iki palatasında respublikaçılar çoxluq təşkil edirlər.
Amma ABŞ iqtisadiyyatı vakkum içərisində mövcud deyil. Əgər Tramp söz verdiyi kimi doğrudan da iqtisadiyyatın böyüməsinin yüksək tempini və əsl maliyyə sabitliyini təmin etməyə nail olmaq istəyirsə, onda ona xaricdən də kömək lazımdır.
"Project Syndicate" (ABŞ) yazır ki, ABŞ iqtisadiyyatının real və potensial böyümə tempinin yüksəldilməsinin mərkəzi komponenti kimi, Trapm, infrastruktura investisiya qoymaq, vergi islahatı həyata keçirmək niyyətindədir. Tramp əmindir ki, onun planı düşünüldüyü kimi də reallaşacaq. Elə ona görə də, Ümumi Daxili Məhsulun illik 4% böyüməsi kimi ambisiyalı məqsədlər qarşıya qoyub.
Görünür ki, investorlar buna önəm verməyə başlayıblar. İnvestorlar hesab edirlər ki, Tramp administrasiyası ümumi yekunda ticarət müharibələrindən uzaq duracaq və ona görə də onlar yeni nikbin perspektivə – iqtisadiyyatın real böyümə tempinin yüksəlməsinə, maliyyə bazarlarında pul kütləsinin artmasına kökləniblər. Bu isə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) pul siyasətində normallaşma prosesinə başlamağa imkan verir. FES bildirib ki, 2017-ci ildə faiz dərəcələrinin qaldırılmasını sürətləndirəcək.
Nəticədə bazarlar tamamilə ona əmin olacaqlar ki, ABŞ indi tədricən uzun sürən qeyri-ənənəvi pul siyasəti asılılığından qurtaracaq və bunun yerinə iqtisadiyyatı canlandıran və büdcə siyasətini yumşaldan struktur islahatları tutacaq. Bu cür yanaşma ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın etdiklərinə bənzəyir. Barak Obama analoji addım atmağa cəhd göstərirdi, lakin Konqresin kəskin qütbləşməsi ona mane oldu.
Bu fonda Trampın daha şanslı olacağını gözləmək, aktivlərin qiymətinin yuxarı qalxmasına səbəb oldu. Səhmlərin qiyməti yüksəldi, xüsusən maliyyə və sənaye seqmentlərində. ABŞ dövlət istiqrazları yüksəldi və dolların digər valyutalar qarşısındakı məzənnəsi 2003-cü ildən indiyədək ən yüksək həddə qalxdı.
Burada oyuna dünyanın qalan hissəsi qoşulur. Amerikaya nisbətən öz iqtisadi siyasətini dəyişmək Avropadakı və Asiyadakı digər iri iqtisadi nəhənglər üçün indi daha çətindir. Onlar üçün yumşaq monetar tərzin və ciddi struktur islahatların adekvat olmaması xarkterik bir haldır. Bəzi hallarda isə onların hədsiz sərt büdcə siyasətləri var. Lakin onlar öz iqtisadi siyasətlərində yeniliklər etməslər, onda FES-in faiz dərəcələrini yüksəltməsi, investorları alman və yapon istiqrazlarını satmağa məcbur edəcək. Ona görə ki, indi bu istiqrazlar həmin investorlara aşağı və hətta neqativ gəlir verir. İnvestorlar daha gəlirli amerikan kağızlarını (istiqraz vərəqlərini) almağa yönələcəklər. Nəticədə ABŞ-a kapital axacaq və dolların məzənnəsi irəlidə də yüksələcək.
Hərçənd ki, Amerika iqtisadiyyatının indiki vəziyyəti digər inkişaf etmiş ölkələrə nisbətən xeyli yaxşıdır, amma buna baxmayaraq, bu, hələ dolların uzun dövr ərzində güclənməsinə və ayaq üstə möhkəm dayanmasına kifayət etmir. Amerikan iqtisadiyyatının hazırkı vəziyyəti onun beynəlxalq rəqabət qabiliyyətini və ümumi perspektivdə isə inkişafını sarsıda bilər.
Tramp administrasiyasının verdiyi proteksionist siyasət sözünü yerinə yetirdiyi halda hazırkı təhlükə yüksələcək. Belə olan vəziyyətdə isə bazarlar və işğuzar mühitlə əlaqədar əminlik potensial şəkildə zəifləyəcək və hətta əgər vəziyyət daha da irəli gedərsə, onda bu özü ilə əsas ticarət əməkdaşlarını cavab tədbirlərinə əl atmağa sövq edə bilər. Tramponomikanın vədinin yerinə yetirilməsi üçün, dünyanın əsas iqtisadi ölkələri – Almaniya, Çin və Yaponiya özlərinin iqtisadi stimullaşdırılma siyasətlərinin düzəlişi ilə məşğul olmalıdırlar. Onlar pul stimulundan başqa, böyüməyə komək edəcək struktur islahatları da aparmalıdırlar. Hələ Almaniya özünün büdcə siyasətini yumşaltmalı və eyni zamanda da çətinliklər yaşayan Yunanıstanın borclarının birbaşa silinməsi məsələsində daha mülayim mövqe tutmalıdır.
Tramp üçün təəssüf doğuracaq hal ondan ibarətdir ki, görünür indiki mərhələdə dünyanın qalan hissəsi iri miqyaslı siyasi yerdəyişmələr etməyə hazır deyil. Elə məhz buna görə də Trampın iqtisadi komandası öz işini ABŞ daxilindəki gündəlik məsələlərlə məhdudlaşdırmamalıdır. Onlar beynəlxalq siyasi koordinasiyanı yaxşılaşdırmaq məqsədi ilə, öz alman, çinli və yapon məsləkdaşları ilə birbaşa əlaqə qurmalıdırlar.
Almaniya, Çin və Yaponiyanın bu cür yanaşma ilə razılaşması üçün əsaslı səbəbləri var. Hazırda onlar monetar genişlənmədən qaneedici nəticələr əldə edə bilmirlər. Əlavə ziyanlardan gələn risklər və görünməyən itkilər yalnız artır. İqtisadiyyatı stimullaşdıran struktur islahatları artıq çoxdandır ki, yubanır. Bundan başqa, sağlam və dayanıqlı iqtisadi böyümə tempinə nail olunması üçün ABŞ-a kömək etməklə, dolayı yolla onlar öz ölkələrindəki iqtisadiyyatın canlandırılmasına yol açırlar. Trampın gələcək prezidentliyi ilə bağlı bütün qeyri-müəyyənliklərə baxmayaraq, bir şey tam bəllidir ki, onun ABŞ iqtisadiyatının böyümə tepmini artırmaq üçün yaxşı imkanları var. Lakin Tramp və onun komandasını uğura aparan yolda potensial beynəlxalq əngəllər aradan qaldırılmalıdır.