Rusiya Avropaya qarşı Çinlə birləşir Dünya

Rusiya Avropaya qarşı Çinlə birləşir

Moskva Pekinlə həm iqtisadi, həm də hərbi sahədə müttəfiqləşir

Cavid

Şanxay şəhərində Moskva ilə Pekin arasında keçən danışıqlarda Çinə böyük həcmdə qaz ixracatı barədə razılıq əldə olunub.
Qazprom və Çinin dövlət CNPC şirkəti arasında imzalanmış saziş 10 ildən artıq müddət ərzındə müzakirə olunub. Rusiyanın Qazprom şirkətinin rəhbəri 30 illik təchizatı nəzərdə tutan razılaşmanın ümumi dəyərinin 400 milyard dollar təşkil etdiyini bildirib.
Digər tərəfdən, Çin hökumətinin yaydığı xəbərə əsasən, prezident Si Tszinpin və Rusiya prezidenti Vladimir Putin "Bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və diplomatik səylərin birləşdirilməsi" haqqında birgə bəyanat imzalayıblar. Danışıqlarda heç bir problem olmasa da, müəyyən fikir ayrılığının yarandığı bildirilir.
"Hər iki tərəf ticarət balansının yaradılması və ticarət strukturlarının optimallaşdırılmasında əməkdaşlıq edəcək. Rusiyada nəqliyyat infrastrukturu, dağ-mədən və mənzil tikintisi sahələrində qarşılıqlı investisiyanı genişləndirəcək", - Çin hökumətinin rəsmi vebsaytında bildirilir.
Bəyanata görə, hər iki ölkə ikitərəfli ticarətin həcmini 2013-2015-ci illərdə 10%-dən çox, 2020-ci ilə qədər isə 2 dəfə artırmağı öhdəsinə götürüb. 2020-ci ilə kimi ticarətin həcmi 200 milyard dollara çatdırılacaq. "Natural Gas Europe" portalının xəbərinə əsasən, ötən il ticarətin həcmi təxminən 90 milyard dollar olub.
Qeyd edək ki, Ukrayna böhranı ilə bağlı yeni sanksiyalar təhlükəsilə ilə üzləşən Rusiya öz qazı üçün alternativ bazarlarda maraqlıdır. Çinin Rusiyanın ən böyük iqtisadi partnyoru olduğu da nəzərdən qaçmamalıdır. 2013-cü ildə ölkələr arasındakı ticarətin ümumi həcmi 90 milyard dollar təşkil edib. BBC-nin müdafiə və diplomatik məsələlər üzrə müxbiri Jonathan Marcus bildirib ki, Pekin Moskvanın ən böyük iqtisadi partnyorudur. Çinlə ticarət mübadiləsinin üçdə ikisi neft və qaz məhsullarının payına düşür.
Yeni saziş bu əlaqələrin əhəmiyyətini bir daha təsdiqləyir. Çin təklif olunan qiyməti qəbul etmədiyi üçün müqavilə üzrə danışıqlar uzun müddət ərzində aparılıb: "Sazişin imzalanması Rusiya ilə Qərb arasında əlaqələrin gərginləşməsinə təsadüf edib. Buna səbəb yalnız Ukrayna böhranı deyil. Tərəflər Suriya məsələsində də tam fərqli mövqedə dururlar".
Rusiyanın Qazprom şirkətinin rəhbəri Aleksey Miller isə deyib ki, yeni saziş Rusiyanın Qərbdən daha çox Şərqə üz çevirməsinin ilk rəmzi anı sayıla bilər. Bu Qazprom üçün ən böyük müqavilədir. Belə bir müqavilə hələ ki, heç bir şirkətlə bağlanmayıb.
"ABŞ və Avropa ilə əlaqələrin gərginləşməsinə təsadüf edən qaz razılaşması Çinlə daha sıx iqtisadi əlaqələr yaradan Putin üçün diplomatik qələbə kimi görünə bilər". Bunu isə BBC-nin biznes məsələlər üzrə müxbiri Theo Legget deyib.
Bununla belə, o xatırladır ki, bu razılaşma barədə danışıqlar on ildən çox idi ki, davam edirdi.
Rusiya genişlənməkdə olan Çinin enerji bazarına daxil olmağa can atır. Pekin isə Rusiya qazı hesabına kömürdən asılılığını azaltmaqda maraqlıdır.
Müqaviləyə əsasən, yeni qaz kəməri üzərindən Çinə ildə 38 mlrd kub metr təbii qaz ixrac olunmalıdır.
Bu hədəfə nail olmaq üçün bir neçə il tələb oluna bilər.
ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bəyan edib ki, Birləşmiş Ştatlar Rusiya ilə Çin arasında imzalanan 400 milyard dollarlıq qaz sazişindən narahat deyil və bu anlaşma Amerika-Rusiya münasibətlərinə heç cür təsir göstərməyək. Onun sözlərinə görə, enerji - beynəlxalq bazardır və bu bazar çərçivəsində xüsusilə də Çin və Rusiya kimi iri istehlakçı və istehsalçı arasında daim yeni sazişlər imzalanır. Bununla belə, Psaki əlavə edib ki, Vaşinqton Rusiyaya münasibətdə Ukrayna ilə bağlı seçdiyi təzyiq strategiyasına sadiq qalacaq.
Onu da vurğulayaq ki, bu sazişlə təbii qazla zəngin olan Rusiya Çinin acgöz enerji bazarını doyduracaq. Deyəsən, Rusiyanın təbii qazı Çin hakimiyyətinin şərq sahilində yerləşən böyük şəhərlərin kömürün yandırılmasından çirklənmiş havasını təmizləmək və havanın çirklənməsi üzündən öz xalqının narazılıqlarını yatırtmaq kimi ən mühüm məqsədləri üçün uyğun gəlir. Bununla da Şərqdə alternativ bazarın olması ilə Rusiya, güman ki, Avropa müştəriləri ilə münasibətdə hərbi taktikaya əl atmağa daha az meylli olacaq.
Çinin kömür energetikasının qalıqları uzunmüddətli perspektivdə daha böyük əhəmiyyətə malik ola bilər. Təhlükə var idi ki, Çin sadəcə istehlakın yerini ölkədaxilində əyalətə dəyişməklə elə bu qədər kömür yandırmağa davam edəcək. Bununla belə, ehtimal da var ki, şəbəkə üzrə qazın razılaşdırılmış qiymətlərlə təchizatı baş tutarsa, Pekin ümumilikdə kömür istehlakını azaldacaq, bu da öz növbəsində ölkənin parnik qazlarının tullantılarının artımını azaldacaq.
Rusiya qazı Çinə 2500 mil uzunluğa malik "Sibir gücü" adlanan yeni qaz kəməri boyunca yerləşən dörd giriş stansiyaları vasitəsilə çatdırılmalıdır. Britaniyanın "Financial Times" qəzetinin yazdığına görə, bütün bu vaxt ərzində maneə olan qazın qiyməti min Britaniya termik vahidi üçün 10-11 dollar arasında olacaq - Avropada da qaz təxminən bu qiymətədir. Bu, Çin tərəfindən edilmiş güzəştdir. O, daha aşağı qiymətə israr edirdi, təxminən min BTV üçün 9 dollar - Pekin Türkmənistanın şəbəkə qazına bu qədər ödəyir.
Mütəxəssislər Krımın ilhaqı üzündən Qərb sanksiyalarına məruz qalan rəsmi Moskvanın Çinlə sazişin təmin edilməsi üçün qiymət mövzusunda kifayət qədər geri addım atdığını güman edirlər.
Rus qazını ixrac edən Qazprom hazırda bu kateqoriyadakı gəlirlərinin 80%-ni Avropa bazarından əldə edir. Bu sazişə görə, Qazpromun 2018-ci ildən etibarən Çinə ildə ən azı 38 milyard kub metr mavi yanacaq satması gözlənilir. Bu miqdar Çinin qaz istehlakının təxminən dörddə birinə bərabərdir.
Mütəxəssislər isə belə bir anlaşmaya nəinki Rusiyanın, həmçinin Çinin də ehtiyac duyduğunu bildirirlər. Çünki inkişaf etmiş bölgələrində daş kömür istifadəsi Çin üçün arzuolunan hal deyil.
Onu da vurğulayaq ki, Ukrayna hadisələrinə görə Qərb ölkələri ilə qarşıdurma vəziyyətinə düşmüş Rusiya Çinlə hərbi əməkdaşlığı gücləndirir.
Mayın sonlarında hər iki ölkə birlikdə Şərqi Çin dənizində birgə təlimlər keçirəcəklər. Çin həmin təlimlərin Yaponiyadan almaq istədiyi mübahisəli Senkaku (Dyoyuydao) adalarının yaxınlığında keçiriləcək.
Adalar məsələsində ABŞ Yaponiyanı dəstəkləyir.
İqtisadçı Azər Mehtiyevin fikrincə, bu saziş Rusiya prezidenti Putinə öz maraqları naminə lazım idi: "Rusiyanın Çinlə qaz sazişi imzalanmasının Qərbin sanksiyalarının təsirini azaldacağını düşünmürəm. Bu saziş hələ yeni qaz sahələrinin istismarını, yeni qaz kəmərinin çəkilməsini nəzərdə tutur. Çox məsrəfli, az gəlirli bir layihədir və daha çox Çinin xeyrinə olan bir sazişdir. İndiki halda bu sazişin tələsik imzalanması Putinə daha çox ölkə daxilində təbliğat vasitəsi olaraq lazımdır ki, xalqı inandırsın ki, Rusiyanın qazını satmaqla bağlı problemi yoxdur və Qərbin sanksiyalarından əndişələnməyə əsas yoxdur".
Yeri gəlmişkən, bu arada ABŞ Vyetnamla mübahisəli sularda neftçıxarma platforması qurmaq istəyən Çinə sərt reaksiya verib. Dövlət katibi Con Kerri Pekinin Cənubi Çin dənizində hərəkətlərini fitnəkar adlandırıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki məsələnin dövlət katibi ilə Vyetnam xarici işlər naziri Fam Bin Minin telefon söhbətində müzakirə edildiyini deyib. Onun sözlərinə görə, Kerri Pekinin hərəkətlərinin regionda gərginliyi artırdığını, həmçinin Vyetnamda çalışan xarici şirkət və vətəndaşlarının hüquqlarının pozulduğunu ifadə edib.
Qeyd edək ki, Vyetnamın qonşu Çinlə münasibətləri kifayət qədər mürəkkəbdir. Vyetnamla Çin arasında Cənubi Çin dənizindəki Parasel və Spartli arxipelaqları ilə bağlı münaqişəli vəziyyət mövcuddur. Həmin adaların şelf hissəsində zəngin neft yataqlarının olması ehtimal edilir və ərazilərin hansı dövlətə mənsubluğu hələ ki, razılaşdırılmayıb. Hər iki ölkə ərazinin özünə məxsus olduğunu iddia edir və tərəflər arasında gərginlik son aylarda daha da artıb.
Belə ki, Çin şirkətlərinin gəmilərinin həmin ərazilərdə kəşfiyyat işləri aprmasına etiraz olaraq Vyetnamın hərbi gəmiləri bunun qarşısını alıb. Vyetnamda əhali Çinin onların ərazi sularına daxil olmasına etiraz əlaməti olaraq mayın 1-indən kütləvi mitinqlərə başlayıblar. Mitinqlər zamanı, əhali tərəfindən Vyetnamda fəaliyyət göstərən Çin şirkətlərinin nümayəndələrinə qarşı təzyiq göstərilib, Çin mallarının boykot edilməsi qərara alınıb. Ölkənin cənubu və mərkəzindəki Çin şirkətlərində isə talanları oldu. Etiraz edənlər istehsal və inzibati korpuslar dağıtdı, həmçinin iki on fabrikin sırasının (nizamının) anbarlarını yandırdılar. Çinlərdən başqa, zərər həmçinin Tayvan, yapon və Sinqapur müəssisələrinə gətirilmişdi (vurulmuşdu). Xarici şirkətlərə aid olan 1 min müəssisədən və zavoddan yuxarı işi dayandırmağa məcbur edilmişdilər. İstehsalçılara gətirilmiş (vurulmuş) maddi ziyan onlarla milyonlarla dollara qiymətləndirilir.
Mayın 16-sında Vyetnam xarici işlər naziri ilə onun çinli həmkarı arasında telefon danışığı olub. Vyetnamlı nazir Cənubi Çin dənizinin şelfində karbohidrogen ehtiyatlarının axtarışı üzrə işlərin dayandırılmasını istəyib.