Putin dalana dirənib Dünya

Putin dalana dirənib

Vladimir Putin Yeltsinin xələfi seçiləndə ondan iki əsas gözlənti var idi: sabitlik və ölkə vətəndaşlarının maddi rifahının təmin olunması. Bundan başqa Putindən gözlənilən digər mühüm iş – dünya arenasında Rusiyaya hörmət qazandırması idi.
"Yle" (Finlandiya) yazır ki, neftin qiymətinin yüksəlidiyi bir şəraitdə enerji resurslarının ixracı ölkənin Sovet İttifaqının dağılmasından sonra əmələ gəlmiş iqtisadi uçurumdan çıxmasına imkan verdi. Putin, tədricən Rusiyada özü üçün lazımi qayda-qanun yarada bildi. Bütün hakimiyyət onun əlində cəmləşdi, məmurlar isə, dayandıqları hakimiyyət pilləsindəki mövqelərinə uyğun şəkildə özləri üçün mənfəət götürdülər.
Sonrakı dövrlərdə Putin korrupsiya üzərində kök salmış hakimiyyət vertikalını yalnız möhkəmləndirməklə məşğul oldu. O, kütləvi informasiya vasitələrini dövlət nəzarətinə aldı. Putin qeyri-hökumət təşkilatları və beynəlxalq əməkdaşlıq missiyası həyata keçirən müxtəlif institutlar tərəfindən ölkəyə olunan xarici təsirləri əngəllədi. Kreml, özünün yaratdığı ictimai sistemdə, hüquqi dövlət konsepsiyasının Qərb təfsirinin suveren demokratiya ilə qarışdırılmasını arzulamır. O, eyni zamanda da, təhlükəsizlik məqsədi ilə birbaşa prezidentə tabe olan Milli Qvardiya yaratdı. Putinin ən qorxulu kabusu korrupsiyaya qarşı mübarizəyə və əsl demokratiyanın bərqərar olmasına yönəlmiş rəngli inqilabdır.
Hələ ki, Putin daxili məsələlərin öhdəsindən gələ bilir. Amma ölkənin beynəlxalq arenadakı nüfuzunun yüksəldilməsi baxımından işlər heç də yaxşıya doğru getmir. Rusiyadan qorxurlar. Rəhbərliyin atdığı addımlar ölkəni geri dönüşü mümkün olmayan mövqeyə aparıb.
Putin Rusiyası ilə dünya ictimayyətinin bir sıra mübahisəli məsələlərdə fikir ayrılığı var və onların əksəriyyətinin təsiri üzə çıxmağa başlayıb. Hazırda Malayziya təyyarəsinin vurlumasının təhqiqatı davam edir. Və bununla bağlı məhkəmə olacaq. BMT Təhlükəsizlik Şurasının yığıncağında təyyarə qəzasının təhqiqatı ilə əlaqədar büynəlxalq tribunalın yaradılmasını Rusiya əngəlləyib. Lakin istənilən halda məhkəmə hökm çıxaracaq. Krımla əlaqədar olan problemlər gələcəkdə də davam edəcək, çünki bütün dünya bu yarımadanı Ukrayna ərazisi hesab edir.
Yaxın gələcəkdə yenilənəbilən enerji mənbələrinin istifadə olunması, əsasını neft və qazın təşkil etdiyi ixraca ciddi zərbə vuracaq. Əgər hətta siyasi vektor dəyisə də belə, beynəlxalq ticarəti yoluna qoymadan Rusiyanın iqtisadi yenilənməyə sadəcə olaraq vəsaiti çatmayacaq.
Bunu Moskvada da yaxşı başa düşürlər. İndi Rusiya "Qərb-2017" hərbi təlimlərinin köməyi ilə öz gücünü nümayiş etdirir, ancaq əslində onun hərbi gücü Ukrayna və Suriyadakı münaqişələrdə əhəmiyyətli dərəcədə tükənib.
Əgər Rusiya bu dalandan çıxmaq istəyirsə, onun iri miqyaslı hərbi təlimlərdən başqa yalnız bir yolu qalır. Bu, hakimiyyət dəyişikliyidir. Putinin hakimiyyətdən uzaqlaşması həm rusiyalılara və həm də ki, dünyanın qalan hissəsinə hər şeyin günahını onun üzərinə atmağa imkan verəcək.
Yarım ildən sonra Rusiyada prezident seçkiləri keçiriləcək və hələ ki, Putin öz iştirakını elan etməyib. Görəsən o, ölkəni dalana gətirib çıxardığı barəsində düşünürmü? Amma onu deyə bilərik ki, bu məsələ əksər rusiyalını çox dərindən düşündürür.