Sarkisyan Qarabağ münaqişəsindən istifadə edib, hakimiyyətini qorumağa çalışır” Dünya

Sarkisyan Qarabağ münaqişəsindən istifadə edib, hakimiyyətini qorumağa çalışır”

"Rusiya Sarkisyanı yenidən hakimiyyətdə saxlamaq istəyir". Bunu qəzetimizə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə danışıqlarından sonra, rəsmi Yerevan cəbhədə yenidən təxribatlara əl atdı. Bununlada Sarkiyan danışıqların növbəti raundunu pozmuş oldu.

Qeyd edək ki, Serj Sarkisyan öz hakimiyyəti dövründə Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı heç bir konstruktiv addım atmayacaq. Məhz Qarabağ konfliktinin əsas iştirakçısı olan bir şəxsin real danışıqlarda iştirakı səmimi deyil. O, verdiyi açıqlamalarda da səmimi olmamasını bir daha göstərir. Fikir versək Sarkisyanın açıqlamaları cəbhədə deastiblizasiyaya xidmət edir:

"Rəsmi Bakının Sarkisyanla danışıqları nəticəsiz və vaxt itikisindən ibarətdir. Xüsusi olaraq vurğulamaq lazımdır ki. Sarkisyan qədər Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedən prezident olmayıb. Azərbaycanın güclənən hərbi arsenalı qarşısında öz gücsüzlüyünü görən Sarkisyan Rusiya ilə birləşmiş qoşun növü və havadan müdafiə sistemi yaratmaqla özünü sığortalamağa çalışır. Bu ilk növbədə Ermənistanın hava sərhədlərini və ordusunu Rusiyaya rəsmi təslim etməkdən ibarətdir. Görünür, Azərbaycanın Qarabağ ərazisi Ermənistandan Sarkisyana bu qədər "bağlıdır". Amma bu, Sarkisyanın Qarabağa "sevgisindən" irəli gəlmir. Çünki, Sarkiyan Ermənistanda hakimiyyəti ələ almaq və öz mövcudluğunu qorumaq üçün bundan yaxşı imkan tapa bilməzdi. Məhz Qarabağ münaqişəsindən istifadə edib, öz hakimiyyətini qorumağa çalışır. O, çox yaxşı bilir ki, Rusiyanın icazəsi olmadan istənilən razılaşma sənədinə imza atmaq onun hakimiyyətinin sonu ola bilər".

Hazırda Ermənistan Rusiyanın verdiyi dəstək hesabına Qarabağ və ətraf rayonlara öz zirehli texnikalarını yerləşdirməklə məşğuldur. Qarabağda keçirilən hərbi təlimlərdə Rusiyanın təlimatçıları iştirak edir. Rusiya çalışır ki, münaqişə ətrafında gedən müzakirələr real nəticə əldə olunmadan konflikti idarə etsin. Hazırda Rusiyanın Yerevana verdiyi güzəştli hırbi təyinatlı kreditlər bir başa Qarabağ cəbhəsində yerləşən ordunun maddi və texniki imkanlarını yaxşılaşdırılmasına və yeni hərbi hissələrin tikintisinə sərf edilir:

"Hazırda Ermənistanla cəbhə xəttində Aprel eskalasiyasının təkrarlacağı gözlənilmir. Çünki, qarşıda hər iki tərəfdə önəmli siyasi hadisə gözlənilir. Amma, atəşkəsin mütəmadi pozulması,insidentlərin davam edəcəyi istisna deyil. Bu arada Rusiya baş naziri D.Medvedevin Yerevana səfəri, bu ölkədə gözlənilən hakimiyyət bölgüsündə danışıqların aparılması, Sarkisyanı yenidən hakimiyyətdə saxlanılmağa hesablanıb. Həmçinin Rusiyanın Qarabağla bağlı Ermənistana bir daha dəstəyi ifadə olunacağı şübhəsizdir".