Rusiya ABŞ-a etiraz notası verib Dünya

Rusiya ABŞ-a etiraz notası verib

Rusiya hökuməti ABŞ-a etiraz notası göndərib.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, notanın San-Fransiskodakı Rusiya Baş Konsulluğunun arxivlərinin ABŞ xüsusi xidmət orqanları tərəfindən götürülməsi və sonradan Vaşinqtondakı Rusiya səfirliyinə təhvil verilməsi ilə əlaqədar olduğunu söyləyib: "Baş Konsulluğun bir sıra arxiv materiallarına Rusiya tərəfinin icazəsi olmadan baxış keçirilib. Onlar təzədən qablaşdırılıb və özəl nəqliyyat şirkəti tərəfindən daşınıb".
Qeyd edək ki, bu ilin sentyabrın əvvəlindı ABŞ hökumətinin tələbi ilə Rusiyanın San-Fransiskodakı Baş Konsulluğu və Nyu-Yorkdakı ticarət nümayəndəliyi qapadılıb. Rusiya tərəfinin Baş Konsulluğun binasından sənədləri çıxarmasına icazə verilməyib. ABŞ tərəfi özü sənədləri Rusiyanın Vaşinqtondakı səfirliyinə çatdırıb.