ABŞ Donald Trampla Nikol Paşinyanın görüşündən imtina edib Dünya

ABŞ Donald Trampla Nikol Paşinyanın görüşündən imtina edib

ABŞ Prezidenti Donald Trampla Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrda görüşü baş tutmayacaq.
Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ölkə mətbuatının yazdığına görə, ABŞ tərəfi bu yolla Nikol Paşinyana Rusiya laboratoriyalarının onlar üçün açıq olmasının vacibliyini çatdırıblar.
Bildirilib ki, Nikol Paşinyan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasına Rusiyadan olan mütəxəssislərin buraxılmasına şəxsən tapşırıq verdiyini söyləmişdi. ABŞ tərəfi də paritetin gözlənilməsi üçün Rusiyanın uyğun laboratoriyalarına amerikalı mütəxəssislərin buraxılmasını istəyib. Ancaq onların bu istəyi hələ təmin olunmayıb. Bu səbəbdən ABŞ Donald Trampla Nikol Paşinyanın sentyabr görüşündən imtina edib.
Qeyd edək ki, Nikol Paşinyan baş nazir olandan sonra onun ABŞ prezidenti ilə görüşünün təşkil edilməsi istiqamətində fəaliyyət göstərilirdi.