Lavrov dünyanı hədələdi Dünya

Lavrov dünyanı hədələdi

"Vaşinqtonla Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanın ləğv olunacağı halda Rusiya ABŞ-ın yeni raketlər yaratmasını görməzdən gəlməyəcək. Bu zaman Moskva müdafiə potensialını artıra bilər".
Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, müqavilənin ləğvi beynəlxalq təhlükəsizlik və strateji sabitliyə ağır zərbə vuracaq:
"Xəbərdarlıq etmək məcburiyyətindəyəm: bizə və müttəfiqlərimizə qarşı təhlükə doğuran yeni ABŞ raketlərinin yaradılmasını görməzdən gələ bilmərik. Öz təhlükəsizliyimizi təmin etmək üçün zəruri vasitələrə sahib olduğumuza şübhə olmamalıdır. Biz hətta müdafiə potensialımızı bir qədər də artırmaq iqtidarındayıq. Rusiya da istənilən sağlam düşüncəli ölkə kimi silahlanma yarışında və yeni raket böhranında maraqlı deyil", - Lavrov bildirib.