Bu həftə Suriyanın taleyi ilə bağlı mühüm addımlar atılacaq Dünya

Bu həftə Suriyanın taleyi ilə bağlı mühüm addımlar atılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 23-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Görüş regionda atılacaq addımlar mövzusunda böyük əhəmiyyət kəsb edir. Fərat çayının şərqində məskunlaşan PYD və İŞİD terror təşkilatları ilə mübarizə əsas müzakirə mövzularından olacaq. Türkiyənin sərhəddə təhlükəsiz bölgə yaratmaq məsələsi də Putinlə müzakirə ediləcək.
Terror təşkilatları ilə mübarizədə qətiyyətlilik ortaya qoyulacaq və sərhədlərin təhlükəsizliyi üçün hər bir addımın atıla biləcəyi vurğulanacaq.
İki liderin müzakirə edəcəyi mövzulardan biri isə İdlibdir. Soçi razılaşması çərçivəsində İdlibdə müxalif qruplar ilə rejim arasında yaradılan təhlükəsiz bölgəyə dair təhdidlər detallı şəkildə masaya qoyulacaq.