“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 May 2019 14:05
931
10 may
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) 2017-ci ildən bəri Liviya, Suriya, İraq, Yəmən və Somalidəki əməliyyatlarda partlamayan raketdən istifadə edib.Bu barədə “Vol Strit Jurnal” qəzeti yazıb.
Qəzetin ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, silah “Hellfire” raketinin dəyişdirilmiş versiyasıdır.R9X adlı raketin partlamadığı, sadəcə ağırlığı ilə avtomobillərin üstünü, evlərin damını dağıdaraq insanları öldürdüyü qeyd edilib. Raketə 6 ədəd uzun bıçaq yerləşdirilib və bu bıçaqlar hədəfə az qalmış hərəkətə gələrək qarşısındakı bütün maneələri darmadağın edir. Ekspertlər bu bombaya “Nindza-bomba” adını da veriblər.
Qəzet ABŞ ordusunun bu silahı çox nadir hallarda, xüsusilə hansısa terror təşkilatının liderini məhv etmək üçün istifadə etdiyini yazıb.Məqsəd isə bomba atılan zaman ətrafdakı mülki vətəndaşlara zərər verməməkdir.
Bombanın 2011-ci ildən keçmiş prezident Barak Obamanın əmri ilə mülki insanların ölümünün qarşısını almaq üçün tətbiq edildiyi bildirilib.