Ukraynada daha bir təyyarə vuruldu Dünya

Ukraynada daha bir təyyarə vuruldu

Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus daha bir "Su-25" qırıcısı separatçılar tərəfindən vurulub.
"RİA-Novosti" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Donetsk separatçılarının hərbi qərargahından bildirilib.
Məlumata görə, vurulan təyyarənin qırıntılarını tapmaq mümkün olub. Qırıcının pilotu barədə isə məlumat yoxdur. Onun axtarışı davam edir.
Xatırladaq ki, 23 iyul tarixində də Donetsk vilayətində Ukrayna ordusunun iki "Su-25" qırıcısı separatçılar tərəfindən vurulmuşdu. Hər iki təyyarənin pilotu tullanmağa imkan tapmışdı.