11 İyul 18:36
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
15 Avqust 2019 14:35
1 799
Ədalət və İnkişaf Partiyası (AKP) artıq ömrünü tamamlayıb.
Bu iddia ilə AKP-dən olan keçmiş deputat və “Star” qəzetinin yazarı Məhməd Mətinər çıxış edib. AKP-nin 18 illiyi ilə bağlı danışan Mətinər Ərdoğanın liderliyində yeni partiyanın qurulması gərəkdiyini bildirib:
“Kimlərsə partiyanı atıb getdi, kimlərsə getmək üçün vaxt gözləyir. Ona görə də Ərdoğan bu ayrılma prosesində AKP-nin yönünü yenidən müəyyən etməlidir. AKP yeni bir Türkiyə iddiası ilə ortaya çıxsa da, keçmiş Türkiyə şərtlərində qurulub. Keçmiş Türkiyə artıq yoxdur. Keçmiş Türkiyə şərtlərində qurulan AKP artıq ömrünü tamamlayıb. Zehniyyət dəyişikliyinə ehtiyac yaranıb. Yenilənmiş AKP-yə yox, yeni AKP-yə ehtiyac var”.