Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
14 Noyabr 2019 15:18
4 634
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Ağ Evdə baş tutan görüşdən sonra gözlənilməz hadisə olub.
Konqresin demokrat senatoru Bob Menendez 1915-ci ildə Osmanlıda baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyan qərar layihəsinin məclisdə səsverməyə çıxarılmasını tələb edib.
Respublikaçı senator Lindsi Qraham isə səsverməni veto edib. O, verdiyi açıqlamada “Qısa müddət əvvəl Türkiyənin hərbi əməliyyatına görə Suriyada qarşılaşdığımız problemlər haqqında prezident Ərdoğan və Tramp ilə görüşdüm. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan bir araya gələr və bu problemi müzakirə edər. Senatorlar tarixi yenidən yazmamalıdır və onu baş verdiyindən fərqli göstərməməlidir. Qərar keçmişə baxaraq deyil, Türkiyə-ABŞ münasibətlərinə baxaraq alınıb” sözlərini deyib.
Qrahamın sözügedən qərarının Ərdoğanın senatorlarla görüşündən sonra açıqlaması diqqət çəkib.
Qeyd edək ki, ABŞ Senatında səsverməyə çıxarılacaq hər hansı layihə bir senator tərəfindən belə veto edilə bilir.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası 29 oktyabrda 1915-ci il hadisələrini "soyqırım" kimi tanıyan layihəni səsvermə ilə qəbul etmişdi.
Palatanın demokratçı senatoru Adam Şiff tərəfindən aprel ayında təqdim edilən layihəyə 11 senator “yox”, 405-i isə “hə” demişdi.
22 Sentyabr 20:23
735
22 Sentyabr 20:15
735
22 Sentyabr 20:11
742