Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
27 Dekabr 2019 15:09
1 708
Ermənistanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ona qarşı irəli sürülən ittihamın həyatında heç nəyi dəyişə bilməyəcəyini deyib.
Tovmasyan Xüsusi İstintaq Xidmətində ifadə verməkdən imtina etdiyini vurğulayıb.
“Bu ittiham mənim həyatımda heç nəyi dəyişmir və dəyişə bilməz. Mən ifadə verməkdən imtina etdim. Ermənistan Konstitusiya Məhkəməsinin sədri kimi fəaliyyətimi davam etdirəcəyəm", - deyə Tovmasyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, barəsində ölkədən çıxmamaqla bağlı qətimkan tədbiri seçilib: "Biz müstəntiqlərlə peşəkarcasına ayrıldıq. Mən ona dedim ki, hüquqi deyil, siyasi bir prosesdə iştirak etdiyinə görə təəssüflənirəm. Bilirdim ki, könüllü istefa verməyəcəyim təqdirdə, məni ittiham edəcəklər".
Tovmasyan əlavə edib ki, Konstitusiya Məhkəməsinin hakimləri könüllü istefaları müqabilində təqaüdlə bağlı "qanuni rüşvət"lə razılaşmayacaqlar və işlərini davam etdirəcəklər: "Bu gün sabahkı hüquq sistemimiz üçün mübarizə aparılır. Bütün bu proses siyasidir və bir məqsədi var - bizi istefaya məcbur etmək".
24 Oktyabr 22:16
1 036
24 Oktyabr 21:24
1 092
24 Oktyabr 20:24
1 057