“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır İdman

“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır

İspaniya klubu “Barselona” İngiltərənin “Mançester Yunayted” komandasının müdafiəçisi Lisandro Martineslə maraqlanır.

Bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.

Kataloniya təmsilçisi argentinalı futbolçunun vəziyyətini yaxından izləyir. “Barselona”nın gələn ilin yayında “Mançester Yunayted”lə müqaviləsi başa çatacaq 28 yaşlı müdafiəçini heyətinə qatmağı nəzərdən keçirdiyi bildirilir.

Bununla belə, İngiltərə klubunun müqaviləni birtərəfli qaydada daha bir il uzatmaq hüququ var.

Qeyd edək ki, Lisandro Martines cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb və 1 qol vurub.