ABŞ Zelenskini Donbasla bağlı güzəştlərə razı salmaq niyyətindədir Gündəm

ABŞ Zelenskini Donbasla bağlı güzəştlərə razı salmaq niyyətindədir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə sövdələşməyə nail olmaq üçün Ukrayna tərəfindən güzəştlər edilməsi məsələsində Volodimir Zelenskiyə təzyiq göstərmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp Zelenskini sövdələşməyə vadar etmək mövqeyində daha da qətidir. NYT-nin yazdığına görə, Amerika lideri Zelenskini, o cümlədən Donbasın bir hissəsinə nəzarəti saxlamaq cəhdlərinin məqsədəuyğun olmadığına inandırmağa çalışır. Qəzetin iddiasına görə, Tramp hesab edir ki, böyük dərəcədə Rusiyanın şərtləri əsasında hazırlanmış olsa bilə, Ukrayna bu razılaşmaya etiraz etməkdən imtina edərsə, hətta bundan mənfəət də əldə edə bilər.

Məryəm Quliyeva