11 İyul 18:36
Pakistanın xarici işlər naziri iranlı həmkarı ilə regional gərginliyi müzakirə etdi
Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA
DÇ-26: Argentina İsveçrə qarşılaşmasından sonra Xulian Alvares oyunun ən yaxşısı adına layiq görülüb
27 Yanvar 2020 15:29
2 443
Bunu Liviyanın şərqini nəzarətində saxlayan general Xəlifə Haftarın Liviya Milli Ordusunun mətbuat katibi Əhməd əl-Mismari deyib. Keçirdiyi mətbuat konfransında çıxış edən Mismari Almaniyanın paytaxtı Berlində səsləndirilən atəşkəs çağırışlarına rəğmən, Misratanın cənub-şərqindəki Əbu-Qıreyn bölgəsinə etdikləri hücumların hərbi hərəkətliliyə qarşı tədbir məqsədli olduğunu bildirib.
Berlin Konfransının yekun sənədinə görə, Liviyanın Birləşmiş Millətlər Təşkilatı nəzdindəki qanuni təmsilçisi olan Milli Barışıq Hökuməti (MBH) və Haftar tərəfindən 5 təmsilçinin Cenevrədə BMT himayəsində görüşməsi bu həftəyə planlaşdırılır. Haftar qüvvələri isə bu toplantıdan qabaq atəşkəsi pozaraq başda paytaxt Tripoli olmaqla, MBH-nin nəzarətindəki bölgələrə hücumları intensivləşdirib.