Paşinyan: Aldığımız hərbi texnika metal qırıntısı çıxdı... Dünya

Paşinyan: Aldığımız hərbi texnika metal qırıntısı çıxdı...

Ermənistanın Baş naziri Nilol Paşinyanın seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi fikirlər İrəvanda birmənalı qarşılanmayıb.
Ermənistan mətbuatına istinadən xəbər verir ki, Paşinyan Ermənistanın əldə etdiyi 42 milyon dollarlıq hərbi texnikanı heç nəyə yaramayan metal qırıntısı adlandırıb.
“Keçmiş prezident Serj Sərkisyan hakimiyyəti zamanı 42 milyon dollarlıq hərbi texnika sifariş edib. Silahlar Ermənistana 2016-cı ildə gətirilib. Əslində isə bu hərbi texnika və silahlar heç nəyə yaramayan metal qırıntısıdır”, - deyə baş nazir qeyd edib.
Paşinyanın bu çıxışından sonra Ermənistan mətbuatı onu sərt tənqib edib:
“Hökumət başçısının bu tip açıqlamaları Ermənistanın təhlükəsizlik məsələlərinə tam olaraq ziddir. Siyasi maraqları naminə Paşinyan hətta hərbi təhlükəsizlik məsələlərini müzakirə etməyə hazırdır”.