“Məktəblərdə aqressiyanın kökü cəmiyyətdədir”
27 Oktyabr 16:10
27 Oktyabr 16:10
27 Oktyabr 15:06
27 Oktyabr 12:49
27 Oktyabr 12:16
30 Mart 2020 13:14
1 148
Koronavirus şəraitində ABŞ-ın tətbiq etdiyi sanksiyalar tibbi terrorizmdir.
Bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, İran güclü səhiyyə sisteminə sahibdir:
"Amma ABŞ-ın İranın maliyyə mənbələrini qanunsuz blokada altına alması, tibbi qurğular və dərmanlara çatmaq imkanlarımızı yox edir. Bu, humanitar fəlakətə gətirib çıxarır. İran zəngin faydalı qazıntılar, o cümlədən neft və qaz ehtiyatlarına sahib ölkə olsa da, Amerika sanksiyaları ucbatından maliyyə mənbələrindən məhrumdur. Anti-İran sanksiyaları İran hakimiyyətinin tibbi qurğular və dərmanlar almaq imkanlarını məhdudlaşdırır. Bank və maliyyə sektorlarına məhdudiyyətlər, İranın humanitar məqsədlər üçün mal alışına zərbə vurur. Avropa şirkətləri ABŞ təhdidləri ucbatından İrana tibbi mallar satmırlar. ABŞ bununla İrana qarşı iqtisadi və tibbi terrorizm tətbiq edir”.
27 Oktyabr 22:16
777
27 Oktyabr 22:13
763
27 Oktyabr 20:41
910