İran Silahlı Qüvvələri: "Vaşinqtona daha ağır və gözlənilməz zərbələr endiriləcək" Dünya

İran Silahlı Qüvvələri: "Vaşinqtona daha ağır və gözlənilməz zərbələr endiriləcək"

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerika Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışında İranı məhv etməklə hədələməsindən sonra Birləşmiş Ştatları hər hansı yeni hücumlardan çəkindirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.

"Tramp daha əvvəl də hədələdiyini, lakin bu hədələrini həyata keçirə bilmədiyini unudur və indi yenidən yeniləri ilə çıxış edir", - deyə "Press TV" SEPAH nümayəndəsi Hüseyn Mohebbinin sözlərini sitat gətirir. O vurğulayıb ki, Vaşinqton bu cür hərəkətlər edəcəyi təqdirdə "uğursuzluqdan başqa heç nəyə" nail ola bilməyəcək.

Telekanalın məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargahı da xəbərdarlıq edib ki, Tehran "daha ağır, sarsıdıcı və gözlənilməz zərbələr" endirəcək. Qərargah qeyd edib ki, ABŞ-nin "əsassız ittihamları və hədələri" təkrarlaması güc əlaməti kimi qiymətləndirilməməlidir.

Məryəm Quliyeva