8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
3 Aprel 2020 12:24
1 799
Almaniyanın İqtisadiyyat naziri Peter Altmaier açıqlamasında, Avropanın ən böyük iqtisadiyyatının bu il 2008-2009 cu il maliyyə böhranı ilə müqayisədə daha çox azalacağını və bu ayın ilk yarısında 8 faizdən çox azalma olacağını bildirib.
Bu azalmanın koronavirusla bağlı olduğunu qeyd edən Altmaier, Covid-19 pandemiyasının may ayında ən yüksək həddə çatmazdan əvvəl, yəni aprel ayında alman iqtisadiyyatına zərər verəcəyini deyib.
Dünyada ümumilikdə 50 mindən çox insanın ölümünə səbəb olan yeni tip koronavirus Covid-19 epidemiyası qlobal iqtisadiyyata ciddi təsir göstərir. Ademiyanın hazırda iqtisadiyyatına təsirlərini görən ölkələrindən biri də Avropanın ən güclü iqtisadiyyatına sahib Almaniyadır.
Virus səbəbiylə mindən çox insanın öldüyü ölkədə supermarketlərdən başqa bütün dükanlar, restoranlar və bütün iş yerləri bağlanıb, xüsusilə Alman ixracının lokomotivi olan avtomobil sənayesində istehsal dayandırılma həddinə çatıb.
10 illik iqtisadi inkişafdan sonra 2009-cu ildən bəri ilk dəfə iqtisadi tənəzzülə girəcəklərini söyləyən alman nazir müsbət proqnozlar da verib. 2020-ci ilin yanvar-fevral aylarında yaxşı irəliləş əldə etdiklərini ifadə edən Altmaier "İqtisadiyyatın ilin ikinci yarısında sabitləşəcəyini gözləyirəm" - deyib.
Xatırladaq ki, Almaniya iqtisadiyyatı 2009-cu ildə 5,6 faiz nisbətində azalıb.