Qazaxıstanda koronavirusdan ölənlərin sayı 11 nəfərə yüksəlib Dünya

Qazaxıstanda koronavirusdan ölənlərin sayı 11 nəfərə yüksəlib

Qazaxıstanda yeni növ koronavirusdan daha bir nəfər vəfat edib. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, vəfat edən şəxsin 41 yaşı var. Bildirilib ki, bununla da ölkədə koronavirusdan ölənləri sayı 11 nəfərə yüksəlib. Xatırladaq ki, Qazaxıstanda 972 nəfər koronavirusa yoluxub.