Türkiyədə indiyədək 7 428 tibb işçisi koronavirusa yoluxub Dünya

Türkiyədə indiyədək 7 428 tibb işçisi koronavirusa yoluxub

“Türkiyədə indiyədək COVID-19-a yoluxan tibb işçilərimizin sayı 7 428 nəfərdir”.
Bunu bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir deyib ki, ölkədə ümumilikdə səhiyyə işçilərinin sayı 1,1 mln. nəfərdir. Yeni növ koronovirus infeksiyasına yoluxan səhiyyə işçilərinin payı ümumi işçilərin 6,5%-ni təşkil edir.