19 Noyabr 17:13
11:34
238.jpg)
Fars körfəzi ölkələri, Pakistan və Türkiyə ABŞ-nin İran ərazisinə genişmiqyaslı zərbələri bərpa etməsinin qarşısını almaq məqsədilə son iki həftədə diplomatik səylərini xeyli gücləndiriblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu ölkələrin xarici siyasət idarələrinin və xüsusi xidmət orqanlarının nümayəndələri amerikalı rəsmilərlə davamlı telefon danışıqları apararaq onları İranla münaqişənin diplomatik həllinin alternativsiz olduğuna inandırmağa çalışırlar. Vasitəçilərin narahatlığına İranın bu və ötən həftələrdə ABŞ-nin Küveyt və Bəhreyndəki bazalarına endirdiyi zərbələr səbəb olub; belə ki, bu hücumlar Vaşinqtonu daha qətiyyətli cavab addımlarına sövq edə bilər.
Məryəm Quliyeva