Kaliforniyada 5,4 gücündə zəlzələ baş verib Dünya

Kaliforniyada 5,4 gücündə zəlzələ baş verib

ABŞ-nin Kaliforniya ştatında 5,4 gücündə zəlzələ qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, yeraltı təkanların episentri əhalisi təxminən 157 min nəfər olan Salinas şəhərindən 39 km şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 9 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Məryəm Quliyeva