Ukrayna HHQ: Rusiya ölkəyə 100-ə yaxın raket və 400 PUA ilə hücum edib Dünya

Ukrayna HHQ: Rusiya ölkəyə 100-ə yaxın raket və 400 PUA ilə hücum edib

Ukraynaya bu gün edilən hücum ən güclü hücumlardan biri olub. Rusiya təxminən 80 qanadlı və 20-yə qədər ballistik raket, eləcə də 400-ə yaxın pilotsuz uçuş aparatı buraxıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin kommunikasiya idarəsinin rəisi Yuri İqnat bildirib.

Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının təxminən 120-si reaktiv mühərrikli olub. İqnat həmçinin raketlərdən birinin, böyük ehtimalla, Polşa sərhədini keçdiyini təsdiqləyib.

Məryəm Quliyeva