Fransa türk gəmiləri haqda məlumatları Haftara göndərir Dünya

Fransa türk gəmiləri haqda məlumatları Haftara göndərir

Avropa Birliyinin Liviyaya silah sanksiyası tətbiq etmək məqsədilə dənizdə əməliyyatlar keçirmək planı həyata keçməyib. AB-nin ali təmsilçisi Jozef Borrolli bildirib ki, əməliyyat qaynaq olmaması görə uğursuz olub. Bununla da, Avropa Birliyi üzvləri - Fransa, Yunanıstan və Kipr Respublikasının arzusu ürəyində qalıb.
Belə uğursuz situasiya ilə üzləşən Fransa Türkiyənin təsirini sıradan çıxarmaq məqsədilə öz planını həyata keçirməyə başlayıb.
Afrika İntellgence saytı xəbər yayıb ki, Emmanuel Makron hökuməti AB-ni gözləmədən Türkiyənin fəaliyyətini izləməyə başlayıb. Kəşfiyyat mənbələrinə istinad edilən xəbərdə Fransanın Liviyaya gedən türk gəmilərini izlədiyi və məlumat əldə etmək məqsədilə CAE hava şirkəti ilə anlaşdığı bildirilib.
Paris hökuməti bu şirkətdən Liviyada 2 il əvvəl istifadə edib. Beləcə kəşfiyyat təyyarələrinin topladığı məlumatlar Fransa tərəfindən qiyamçı Haftara ötürülüb.