Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır
Qazaxıstan MN-in 5 vəzifəli şəxsi Xəzərdə hərbçilərin ölümünə görə saxlanılıb
Deputatlar və diplomatların aylıq pensiya əlavəsinin məbləği konkret vəzifələr üzrə müəyyən ediləcək
27 May 2020 11:56
2 219
İyunun 8-dən Gürcüstanda turizm obyektləri fəaliyyətini bərpa edəcək.
Bu barədə Baş nazir Giorgi Qaxaria Qurumlararası Koordinasiya Şurasının iclasında bildirib.
O qeyd edib ki, həmin tarixdən ölkə ərazisində hər növ hotel və restoranların fəaliyyətlərini bərpa etməsinə icazə veriləcək. Fəaliyyətə başlayacaq hotellər səhiyyə nazirliyi tərəfindən gigiyenik baxımdan təftiş ediləcək və yalnız uyğun olanlara xüsusi icazə veriləcək.
Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Gürcüstanda martın 16-da qış turizm zonalarının vaxtından əvvəl bağlanılmasına qərar verilib, ölkə ərazisində kafe, restoran və barların fəaliyyəti məhdudlaşdırılıb.