Türkiyə BMT TŞ-yə üzv olmaq istəyir Dünya

Türkiyə BMT TŞ-yə üzv olmaq istəyir

Mövlud Çavuşoğlu: "Türkiyə BMT Təhlükəsizlik Şurasında müvəqqəti üzvlüyə layiqdir"

Bu gün BMT Baş Assambleyasında Təhlükəsizlik Şurasının 5 qeyri-daimi üzvlüyünə növbəti seçkilər keçiriləcək.
Qeyri-daimi üzvlüyə namizəd ölkələr arasında Türkiyə də var.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoblu bildirib ki, beş ildən sonra Türkiyə yenidən BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv olmaq üçün mübarizə aparır: "Biz buna layiqik, 2011-ci ildən bu yana həyata keçirdiyimiz sıx kampaniya dövrünün ardından keçiriləcək seçkilərdə ölkəmizin layiq olduğu nəticəni əldə edəcəyinə inanırıq".
XİN rəhbəri 2015-2016-cı il üçün BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzvlük üçün aparılan kampaniyanın ötən gün verilən qəbulla başa çatıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ daimi üzvlərdir. 10 qeyri-daimi üzvlər isə Baş Assambleya tərəfindən 2 il müddətinə seçilir. Hər il onlardan 5-i dəyişdirilir.