Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
22 Sentyabr 2020 17:12
2 905
İngiltərədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunub.
APA-nın Böyük Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Baş Nazir Boris Conson parlamentdəki çıxışında bildirib.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, tibbi maska taxmayanlar üçün nəzərdə tutulan cərimənin məbləği 100 funt sterlinqdən 200 funt sterlinqə qaldırılıb.
Baş Nazir qeyd edib ki, bundan əlavə, bütün restoranlar, publar və barlar 24 sentyabr saat 22:00-dan etibarən fəaliyyətini dayandırmalı və ofislərdə çalışanlar yenidən evdən işləməlidirlər: “Biz hər zaman bilirdik ki, ikinci dalğanın perspektivi realdır. Hazırda biz təhlükəli bir dönüş nöqtəsinə gəlmişik”.
B. Conson vurğulayıb ki, bu qaydalar növbəti 6 ay ərzində qüvvədə qala bilər.
Qeyd edək ki, hazırda İngiltərədə 6 nəfərdən artıq şəxs toplaşa bilməz.