Ərdoğan Putinin təklifinə “yox” dedi Dünya

Ərdoğan Putinin təklifinə “yox” dedi

Putin Ərdoğandan Suriyada dialoqun qurulması üçün kömək istəyib.
Rusiya Prezidenti Putin Türkiyə səfəri zamanı Ərdoğana Suriyada Əsəd ilə müxalif qüvvələri eyni masa ətrafında görüşdürməyi təklif edib.
Putin Suriyadakı müxaliflərlə daim təmasda olduqlarını bildirib. O, Ərdoğandan Suriyada dialoqun qurulması üçün kömək istəyib:
"Sizin müxalif qüvvələr üzərində necə təsirə sahib olduğunuzu bilirik. Onları yola gətirin və Əsəd ilə müxalifləri eyni masa ətrafında görüşdürək".
Ərdoğan isə Putinin bu təklifini rədd edib:
"Suriyada bu qədər baş verən hadisələrdən sonra müxaliflərlə Əsədin eyni masa ətrafında görüşməsi mümkün deyil".