Timoşenko yenə peyda oldu Dünya

Timoşenko yenə peyda oldu

"Əldə olunan razılaşma Kremlin sülh niyyətlərinin illüziyasıdır"

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko isə deyib ki, Şərqi Ukraynada münaqişənin həlli ilə bağlı əldə olunan razılaşma Kremlin sülh niyyətlərinin illüziyasıdır.
Y. Timoşenko Rusiya prezidentinin qarşısına 3 məqsəd qoyduğunu bildirib: "Birincisi, o, Qərbə atəşkəs illüziyasını göstərmək istəyir. Guya burada atəşkəs rejimi hökm sürürür. Putin bununla nə əldə etmiş olur? O, Qərbin artan sanksiyalarından qurtulmuş olur. Göründüyü kimi, həqiqətən də bu gün Qərb ölkələri sanksiyaların növbəti mərhələsinə keçidi dayandırıblar. Minsk protokolu imzalandıqdan və prezidentimizin səfərindən sonra ABŞ bəyan etdi ki, sülh əldə olunub və artıq Ukraynanın ABŞ-ın əsas tərəfdaşına çevrilməsinə ehtiyac yoxdur. Beləliklə Ukrayna NATO-dan kənarda qaldı".
Putinin üçüncü məqsədinə gəldikdə isə Y. Timoşenko bildirib ki, Kreml Ukraynanın müdafiə sistemini demobilizasiya edib, habelə Kiyevin ordunun müasirləşdirilməsi və gücləndirilməsi siyasətini zəiflədib.