Putin yumşalır? Dünya

Putin yumşalır?

Donetskdən Kiyevə fantastik təklif edilib

Cavid

Atəşkəslə bağlı razılığın əldə olunmasına baxmayaraq Ukraynada vəziyyət gərgin olar qalmaqdadır. Separatçılar ara-sıra Ukraynadakı vəziyyəti bilərəkdən gərginləşdirirlər.
Ukrayna mediasının xəbərinə görə, Ukrayna ordusu martın 30-da son 24 saat ərzində 1 əsgərinin öldüyünü, 3-nün isə yaralanıb.
Ordunun sözçüsü Andriy Lysenkonun sözlərinə görə, separatçılar bu müddət ərzində tank və artileriya qurğularından istifadə olunmadığını deyib.
Amma o Şirokine və Qranitnoe şəhərlərində vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə üsyançılar Ukrayna ordusunun bu ərazidəki mövqelərini atəşə tutublar.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qoşunları ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.
Bu arada Donetskdən Kiyevə fantastik təklif edilib. Belə ki, qondarma Donetsk və Luqanks "xalq respublikları" Kiyevə ölkənin yeni konstitusiyasının hazırlanması üçün vahid komissiya yaradılmasını təklif ediblər.
Bu barədə Rusiyada çıxan "Nezavisimaya qazeta" xəbər verib.
Separatçıların lideriləri bildiriblər ki, 2015-ci il 12 fevral tarixli Minsk razılaşmasında Ukraynada konstitusiya islahatının keçirilməsi nəzərədə tutulub. Onların sözlərinə görə, bu islahatlar Ukraynanın "mərkəzsizləşdirilməsinə" xidmət etməlidir. Bundan sonra isə tərəflər – iki separatçı vahid və Kiyev konstitusiya qanunvericiliyini "sinxronlaşdırmalıdırlar".
Separatçı liderlər bildirirlər ki, belə bir təkliflə çıxış etsdələr də, Kiyevdən heç bir cavab almayıblar.
Rusiyaya qarşı sanksiyalar isə davam edir. Almaniya kansleri Merkel dünən bildirib ki, Rusiya Ukrayna məsələsində ymşalmasa ona qarşı tətbiq edilən sanksiyalar daha da sərtləşəcək.
Rusiya müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya Müdafiə Nazirliyi Krımda 96 hərbi birləşmədən ibarət ordu saxlayır.
Şoyqu Putinin göstərişini də xatırladaraq bildirib ki, Rusiya qoşunları Krımda özünün müdafiəsini təmin etməyə qadir olmalıdır.
Bu arada Avstraliyanın XİN rəhbəri Culiya Bişop Rusiyaya qarşı qəbul edilən sanksiyaların qüvvəyə mindiyini elan edib.
"İnterfaks"ın verdiyi xəbərə görə, sanksiyalar silah alveri, dağ-mədən sənayesi avadanlıqları, infrastruktur sektora sərmayə qoyuluşu sahələrini əhatə edir və Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti yürütməsinə cavab tədbiri adlandırılıb.
Məlumata görə, tətbiq edilən sanksiyalar Avropa, Kanada və ABŞ-ın Rusiyaya qarşı qəbul etdiyi sanksiyalara uyğundur.
Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına dair qərar 2014-cü ilin sentyabrında qəbul olunub.
Litva Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Departamentinin yaydığı məlumatda isə Rusiyanın NATO üzvü olan ölkələrdən birinə qarşı gizli savaş metodlarından istifadə haqqında qərar qəbul edə biləcəyi bildirilir..
Departamentin məlumatına görə, Rusiya NATO-ya qarşı açıq müharibəyə hələ hazır deyil:
"Rusiyanın hibrid müharibəsini NATO-ya üzv ölkələrdən birində tətbiq edəcəyini istisna etmək olmaz. Moskva müntəzəm olaraq özünün hərbi sahədə maliyyələşməsini artırır. Rusiya həmçinin Qərb istiqamətində də hərbi cəhətdən aktivləşib".