Balkanların yeni barıt çəlləyi Dünya

Balkanların yeni barıt çəlləyi

Rusiya Ukraynada itirdiklərinin əvəzini Makedoniyada əldə etmək niyyətindədir

Cavid

2 milyon əhalisi olan Makedoniya yoxsul və dənizə çıxışı olmayan Balkan ölkəsidir. Bu ölkə Kreml üçün eyni zamanda ən yeni ideoloji bir döyüş cəbhəsidir və ABŞ burda Rusiyanın nüfuzuna qarşı rejimin dəyişdirilməsi üçün qarışıqlıq yaratmağa çalışır.
Çox vaxt olduğu kimi bu fikir doğrudur ki, Rusiyanın maraqları rüşvətxor və avtoritar rəhbərin maraqlarına uyğun gəlir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən həftə bildirib: "Mən qətiyyən mühakimə yürüdə bilmərəm, lakin obyektiv şəkildə deyə bilərik ki, Makedoniyada baş verən hadisələr hökumətin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi və "Türk axını" qaz kəmərinin çəkilməsi planlarına fəal dəstək göstərməsi fonunda yayılır. Bütün bunların əlaqəli olduğu hissi də bizi rahat buraxmır". Bloomberg yazır ki, bu fərziyyənin də, Lavrovun istehzalı sözlərinin də mənbəyi aydındır. Kreml istər-istəməz Makedoniyada siyasi böhranın başlaması vaxtı ilə bağlı şübhəyə düşüb. Dekabr ayında prezident Vladimir Putin elan etdi ki, Rusiya Bolqarıstan vasitəsilə Avropa İttifaqı ölkələrinə daxil olacaq "Cənub axını" qaz kəmərinin çəkilməsi layihəsini ləğv edir. Aİ layihənin ləğv edilməsi üçün Bolqarıstana güclü təzyiq göstərmişdi. Layihəni dəstəkləyən Bolqarıstan hökuməti növbədənkənar seçkidə dəyişdirildi və Rusiya Aİ ölkələrinə giriş nöqtəsini itirdi. Qətiyyətli Putin gələcək qaz kəmərini Türkiyəyə yönləndirmək üçün kəməri Balkanlara doğru genişləndirmək ümidilə prezident Rəcəb Tayyib Ərdoğanla müqavilə imzaladı. Aİ üzvlüyünə namizəd olan Serbiya layihə ilə bağlı hələ düşünür. Qaz kəmərinin Bolqarıstandan keçmədən Serbiyaya çatması üçün həm Rusiyanın yardım təklifləri ilə cəlb etməyə çalışdığı Yunanıstandan, həm də Makedoniyadan keçməli olacaq. ABŞ isə Azərbaycandan qaz nəql edəcək qaz kəməri layihəsini seçməsi üçün Yunanıstanla danışıqlar aparır. Makedoniyaya gəldikdə isə "Türk axını" ilə bağlı planlar irəli sürüldükdən iki ay sonra müxalifət lideri Zoran Zaev rəsmilər arasında gedən söhbətlərin gizli səsyazmalarını üzə çıxarmağa başladı. Zaev bildirib ki, baş nazir Nikola Qruevski hökuməti tərəfindən güclü nəzarət əməliyyatının bir hissəsi kimi qeydə alınan səsyazmalar ona gizli bir şəxs tərəfindən təhvil verilib. Səmimi, bəzən də kobud olan söhbətlərdə siyasi rəqiblərə qarşı zorakılıq və seçkilərin saxtalaşdırılmasından Daxili İşlər Nazirliyindən istifadə edərək Qruevski üçün "Mercedes" markalı maşın alınmasına qədər müxtəlif mövzular olub. Bu hadisə makedoniyalılar üçün heç də xoş olmadı və hətta ölkənin Makedoniya müxalifəti ilə heç vaxt birlikdə hərəkət etməyən alban azlığı paxtaxt şəhər Skopyedə böyük mitinqlərə qoşuldu. Ötən həftə sonu on minlərlə etirazçı Qruevskinin neoklassik üslubda, kiçik bir ölkənin gücü çatmayacaq bir məbləğdə binalar və heykəllərlə bəzədiyi şəhər mərkəzində toplaşdı. On ildir vəzifədə olan baş nazir bazar ertəsi öz əks-mitinqini təşkil etdi. O, Zaevi "ssenarist" və xarici qüvvələrin oyuncağı adlandıraraq qınadı və dəstəkçiləri "xarici qüvvələr tərəfindən hakimiyyətə gətirilən bir baş nazir təsəvvür etməyə" çağırdı. Bu, Putin komandası üçün tanış mənzərədir. 2013 və 2014-cü illərdə Ukraynada Viktor Yanukoviçin rejimi xalq üsyanı nəticəsində devriləndə də oxşar hadisələr oldu. Kreml düşünür ki, ABŞ 2003-cü ildə Gürcüstanda, 2005-ci ildə Ukraynada və 2009-cu ildə Moldovada oxşar inqilabların olması üçün təbliğat aparıb və keçmiş sovet ölkələrində Rusiya tərəfdarı rejimlərin devrilməsi üçün göstərdiyi cəhdlər o qədər də uğurlu olmayıb. Putinin fikrincə, ərəb baharı kimi rejim dəyişdirilməsi dalğaları da ABŞ-ın təhriki ilə yayılıb. Rusiyanın bir çox sıravi vətəndaşı da bu hadisələrdə sui-qəsd nəzəriyyəsi olduğuna inanır, çünki burda bir balaca həqiqət də var. ABŞ və onun Aİ-dəki müttəfiqləri Rusiyanın nüfuzunu məhdudlaşdırmaq istəyir, xüsusilə də, Krımın ilhaqından sonra bu istək daha da artıb. Putinin ona qarşı olan olan ölkələr üçün təbii qaz qiymətlərini qaldırıb müttəfiqləri üçün isə aşağı salaraq təbii qaz təchizatından silah kimi istifadə etməsi də onları narahat edir. Məhdudlaşdırma strategiyası və Rusiyanın enerji üzrə üstünlüyünü zəiflətmək cəhdləri, eləcə də, Putinin müttəfiqi olan avtoritar liderləri devirməyə çalışan xalq hərəkatlarına Qərbin dəstək verdiyi aydın görünür. Problem isə odur ki, bir ölkə o vaxt öz liderini hakimiyyətdən devirir ki, açıq korrupsiyadan, saxta seçkilərdən və mətbuat azadlığına qoyulan məhdudiyyətlərdən bezir. Xüsusilə də, Avropada nümunə kimi qonşu ölkələrdə siyasi sistemlərin nisbətən yaxşı fəaliyyət göstərməsi, ədalət və demokratiyanın daha yaxşı səviyyədə olması qeyri-Avropa ölkələrini düşündürür, lakin xalq niyə görə ölkələrində vəziyyətin daha pis olduğunu görə bilmir. Putinin başa düşmədiyi və ya başa düşmək istəmədiyi odur ki, rüşvətxor və ədalətsiz xarici siyasətçilər üçün hakimiyyətdən devrilmə təhlükəsi var, bu da Rusiyanın illərdir göstərdiyi diplomatik cəhdləri bir anda silə və ölkənin iqtisadi maraqlarına zərər vura bilər. Paytaxt Skopyedə səfirliyini gücləndirən Rusiya Qruevskinin xarici agentlərlə bağlı iddialarını səsləndirməyə başlayır. Ancaq Rusiya xalqın inamını itirən çürümüş rejimi qoruya bilməz.