“Yeni Üfüq” növbəti xeyriyyə aksiyası keçirib Hadisə

“Yeni Üfüq” növbəti xeyriyyə aksiyası keçirib

"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyi Ramazan ayında paytaxt və rayonlarda xeyriyyə aksiyalarını davam etdirir. Təşkilatın rəhbərliyi bu gün Qarabağ qazilərini ziyarət edib. Görüşdə Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli çıxış edərək, qəhrəman Qarabağ qazilərinin məmləkətin ən çox haqq sahibləri olduğunu bildirib.
"Qarabağ Qaziləri" İctimai Birliyinin sədri Etimad Əsədov qazilər adından çıxış edərək "Yeni Üfüq"ün hər zaman şəhid və qazi ailələrinə xüsusi diqqət göstərdiyini söyləyib.
Daha sonra gənc yazar Mirbəhram Əzimbəyli çıxış edib: "Bu gün bəzi gənclərimiz ən bahalı restoranlarda, ən son model maşınlarla şəkillər çəkdirib atalarının hesabına qürurlanırlar. İstərdik biləsiniz ki, bizim fəxr yerimiz sizsiniz, şəhid ailələri, Qarabağ qaziləridir".
Sonda qazilərə "Yeni Üfüq"ün bayram öncəsi Ramazan sovqatı paylanılıb.