8 Sentyabr 19:09
8 Sentyabr 15:01
Sahil Babayev Dünya Bankının nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Milli Məclisin sədri və Xəlilur Rəhman Azərbaycanın BMT-yə töhfələrini müzakirə edib
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydası dəyişib
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
12 Aprel 2022 11:08
2 065
Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə Azercell özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.
Kampaniyanın şərtlərinə əsasən, 9 aprel - 2 may 2022-ci il tarixlərində Azercell fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri Aylıq İnternet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya GəncOL 6/9 tariflərindən birinə qoşulmalıdır. Təqdim olunan paketdən 2 may tarixinə qədər 02:00 -06:00 saatları arasında istifadə etmək mümkündür.
Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom” MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az
Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən Azercell şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.