Türkiyə vətəndaşlığa müraciət şərtlərində dəyişiklik edir Hadisə

Türkiyə vətəndaşlığa müraciət şərtlərində dəyişiklik edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında əcnəbilərin ölkə vətəndaşlığı ala bilməsi üçün lazım olan daşınmaz əmlakın dəyərinin artırılması məsələsi müzakirə edilib.

Trend TurkicWorld-ə istinadən xəbər verir ki, iclasda Türkiyə vətəndaşlığına müraciət üçün alınacaq daşınmaz əmlakın dəyərinin 250 min dollardan 400 min dollara qaldırılmasına qərar verilib.

Qeyd edək ki, 2018-ci ilin sentyabrında qəbul edilən qərarla Türkiyədə vətəndaşlıq almaq üçün əmlak dəyəri 1 milyon dollardan 250 min dollara endirilmişdi.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən bu günə kimi Türkiyədən 5000-ə yaxın əcnəbi vətəndaş daşınmaz əmlak əldə edib.