“Çindən gələn yüklərin Azərbaycandan keçməsi çox fayda verəcək”
Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarılmasına aydınlıq gətirilib
Rütte: NATO və ABŞ Kiyevə təhlükəsizlik zəmanətləri verməyə hazırdır
Azərbaycanla Sent-Vinsent və Qrenadin arasında siyasi məsləhətləşmələr üzrə protokol imzalanıb
20 Aprel 2022 18:37
3 486
Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.