Bakıda küləkdə yaralanan şəxslərin vəziyyəti açıqlandı - Təfərrüatlar Hadisə

Bakıda küləkdə yaralanan şəxslərin vəziyyəti açıqlandı - Təfərrüatlar

Bakıda əsən güclü külək səbəbindən yaralanan 2 nəfərin vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu Trend-ə açıqlaqmasında bildirib ki, hər iki şəxs mərkəzə yerləşdirilib.

"Qaradağ rayon sakini, 1988-ci il təvəllüdlü şəxs Sahil qəsəbəsində yerləşən iş yerində olarkən xəsarət alıb. Belə ki, güclü külək səbəbindən darvaza onun üzərinə aşıb. Diaqnozu on ikinci döş, birinci bel fəqərələrinin zədələnməsi olub. Dərhal KT olunub, ilkin tibbi yardım göstərilib və bir müddət sonra ambulator müalicəyə buraxılıb.

Digər xəsarət alan, Lökbatan qəsəbə sakini, 1962-ci il təvəllüdlü şəxs tır sürücüsüdür. Özünün dediyinə görə, tırın qapısını açarkən güclü külək qapını əlindən alıb və o da yıxılaraq xəsarət alıb. Hadisə nəticəsində kəllə-beyin travması alan şəxs hazırda Mərkəzin Neyrotravma şöbəsinə yerləşdirilib və müalicəsi davam edir",- E.Hidayətoğlu deyib.