Ukraynada azərbaycanlı diaspor rəhbəri qətlə yetirilib Hadisə

Ukraynada azərbaycanlı diaspor rəhbəri qətlə yetirilib

Avqustun 17-nə keçən gecə Ukraynanın Xerson vilayətində Azərbaycan icmasının rəhbərlərindən biri olan İlham Tağıyev qətlə yetirilib.
İş adamının meyitii ona məxsus "Mercedes" markalı avtomobildə tapılıb.
Milis güman edir ki, İlham Tağıyev icarəyə götürdüyü qaraja gedərkən naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr endiriblər, daha sonra avtomobilindən çıxararaq təpikləməyə başlayıblar. Cinayətkarlar qətldən sonra İlham Tağıyevin cibindən evinin açarın götürərək mənzili soymağa gediblər. Ev alt-üst edilib. Qatillərin nə qədər pul və zinət əşyası apardıqları bəlli deyil.
Hadisə zamanı İlham Tağıyevin həyat yoldaşı və qızı Azərbaycanda olub. Onun oğlu isə Kiyevdə yaşayır.
İlhaç Tağıyev ət polufabrikatları ticarəti ilə məşğul olan regional şirkətin yerli nümayəndəsi olub. Cinayətin tamah məqsədilə törədildiyi güman edilir.
Faktla bağlı cinayət işi başlanıb.