Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
27 May 2022 19:38
3 052
ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə” yaradılıb.
Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 214 № li Qərarına dair izahda deyilir:
- “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planının “Vergilərin ödənilməsi” bölməsinin 5-ci bəndində Dövlət Vergi Xidmətinə və Maliyyə Nazirliyinə ƏDV sahəsində inzibatçılığın təkmilləşdirilməsi və şəffaflığın daha da artırılması məqsədilə ƏDV üzrə artıq ödənilmiş vəsaitlərin qanunvericilikdə müəyyən edilmiş müddət çərçivəsində büdcədən qaytarılması ilə bağlı “Vahid elektron lövhə”nin yaradılması və tətbiqinə başlanılması tapşırılmışdır.
Qərar qeyd edilən tapşırığın icrasının təmin edilməsi zərurəti ilə hazırlanmışdır.
Belə ki, Qaydaların əvvəlki redaksiyasında vergilər üzrə artıq ödənilmiş vəsaitlərin vergi ödəyicisinə qaytarılmasının təmin edilməsi məqsədilə tərtib edilmiş rəylə birlikdə vergi orqanlarına təqdim edilmiş müvafiq ərizənin surətinin də maliyyə orqanlarına təqdim edilməsi nəzərdə tutulurdu.
Qeyd edilən prosedurun Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” vasitəsilə elektron formada həyata keçirələcəyini nəzərə alaraq, Qərarda bununla bağlı müddəalar nəzərdə tutulmuşdur.
22 Sentyabr 19:59
784
22 Sentyabr 19:21
735
22 Sentyabr 18:04
721