Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
22 Sentyabr 18:27
22 Sentyabr 18:27
22 Sentyabr 18:26
22 Sentyabr 17:04
22 Sentyabr 17:02
Rubio: "Ukrayna münaqişəsi danışıqlar masası arxasında həll olunacaq"
Ərdoğan: Qara dənizdə ticarət gəmilərinə hücumlar qəbuledilməzdir
Arzu Nağıyev: Bakı Təhlükəsizlik Forumu ortaq təhdidlərə qarşı əməkdaşlıq üçün unikal platformadır
Bakı Dövlət Universitetində dərslər üç gün distant təşkil olunacaq
13 İyun 2022 13:31
3 647
TƏBİB Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti ilə bağlı açıqlama yayıb.
Trend-in məlumatına görə, açıqlamada qeyd olunur ki, Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində müalicə alır.
"Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, incik sümüyünün yerdəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat olunacaq.
Vəziyyəti orta ağır qiymətləndirilərək dövlət tibb müəssisəsinə gətirilən və daha sonra yaxınlarının və tur təşkilatçılarının istəyi ilə özəl tibb müəssiəsinə aparılan 2 vətəndaşdan 1 nəfər yenidən TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsinə gətirilib. Ona bazu sümüyünün orta üçdə birinin yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Digər 1 nəfər isə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu ilə paytaxtda yerləşən özəl tibb müəssisəsində müalicəsini davam etdirir.
Qeyd edək ki, xəsarət alanlar dövlət tibb müəssisələrindən özəl tibb müəssisələrinə yaxınlarının və tur təşkilatçılarının nümayəndələrinin istəkləri ilə aparılıb. Təşkilatçıların nümayəndələri özəl tibb müəssisəsi ilə müqavilələri olduğunu əsas gətirərək, belə bir addım atıb. Bir daha vurğulayırıq ki, Kütləvi İnformasiya Vasitələrində yayılan görüntülərdəki insident TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində qeydə alınmayıb. Xəsarət alanların müalicəsi TƏBİB rəhbərliyinin nəzarətindədir".
22 Sentyabr 19:59
819
22 Sentyabr 19:21
756
22 Sentyabr 18:04
749