Yanvar-may aylarında Türkiyədə Rusiya kapitallı şirkətlərin sayı bir neçə dəfə artıb Hadisə

Yanvar-may aylarında Türkiyədə Rusiya kapitallı şirkətlərin sayı bir neçə dəfə artıb

2022-ci ilin yanvar-may aylarında Türkiyədə Rusiya kapitalı ilə 347 şirkət qeydiyyata alınıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 278 şirkət çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

Məlumatda qeyd olunur ki, hesabat dövründə qeydiyyata alınan Rusiya şirkətlərinin sayı ilə bərabər, onların ümumi kapıtalı da artıb.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Rusiya şirkətlərinin məcmu kapitalı 203,1 milyon lirə olduğu halda, 2021-ci ilin eyni dövründə bu rəqəm 32,9 milyon lirə təşkil edib”-deyə TOBB-dən bildirilib.

TOBB-dən o da qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Rusiya şirkətlərinin əksəriyyəti İstanbulda (248) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Rusiya şirkətlərinin ümumi kapitalı 52,4 milyon lirəs təşkil edib”, - deyə TOBB-dən bildiriblər.

Qeyd olunub ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyədə Rusiya kapitalı ilə 187 topdan və pərakəndə, 44 informasiya və komunikasiya, 24 təhsil ticarət şirkəti qeydiyyata alınıb.

Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.

Qeyd edək ki, 2021-ci ildə Türkiyədə Rusiya kapitallı 69 şirkət qeydiyyatdan keçib. Onların ümumu kapitalı 32,9 milyon lirə olub.

2021-ci ildə ən çox Rusiya kapitallı şirkət İstanbulda qeydə alınıb.