"YAŞAT" Fonduna yığılan vəsaitin 61 milyon manatdan artığı şəhid ailələri və qazilərə xərclənib Hadisə

"YAŞAT" Fonduna yığılan vəsaitin 61 milyon manatdan artığı şəhid ailələri və qazilərə xərclənib

Bu günə qədər "YAŞAT" Fondunun hesabına 73 781 435.79 vəsait mədaxil olub.

Trend-in məlumatına görə, bunu fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, qeydə alınmış ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 599 yaralı olmaqla ümumilikdə 16 966 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 12 526 şəxsin 26 616 müraciəti icra üçün öhdəliyə götürülüb.

"Reallaşmış ödəniş sayı 21 848-dir. Fondun fəaliyyət istiqamətləri üzrə 61 114 757.86 AZN məbləğində vəsait xərclənib. Qalıq vəsait isə 12 666 677.93 AZN təşkil edir",- E.Hüseynov deyib.