“Xalq Cəbhəsi” qəzetinin əməkdaşının Şuşa ilə bağlı məqaləsi İndoneziyanın 5 nüfuzlu mətbuat orqanında yayımlanıb Hadisə

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşının Şuşa ilə bağlı məqaləsi İndoneziyanın 5 nüfuzlu mətbuat orqanında yayımlanıb

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə eskpert Elnur Eltürkün Şuşa ilə bağlı hazırladıqları yazı İndoneziyanın 5 nüfuzlu media orqanında yayımlanıb. Yazıda Prezident İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi qeyd edilir. Eyni zamanda Şuşanın ermənilər tərəfindən işğal olunması və işğal dönəmində Azərbaycanın tarixi abidələrinin dağıdılması, talan edilməsindən söz açılır. Həmçinin Şuşanın görkəmli xadimləri haqqında məlumat verlir, şəhərin dünyanın mədəniyyət incisi olduğu vurğulanır. Həmçinin qetd edilir ki, Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şuşada və Azərbaycanın işğaldan azad edilmiş digər bölgələrində abadlıq quruculuq işləri aparılır. Həmçinin indoneziyalı jurnalistlər bütün bunları öz gözləri ilə göməsi üçün Şuşaya dəvət edilir.

Xatırladaq ki, Əli Zülüfqaroğlu və Elnur Eltürkün Şuşa ilə bağlı yazıları bir müdət öncə İngiltərə, İtaliya, İordaniya, Əlcəzair, Misir, İraq, Sudan, Pakistan və Özbəkistanın ümumilikdə 16 fərqli media orqanlarında yayımlanıb.